Cümə axşamı, 02 May

“Rusiya bizə mane olmayacaq“ - Çavuşoğlu

image

"Rusiya ilə Suriyanın şimalındakı hərbi əməliyyatla bağlı fikir ayrılıqlarımız var, lakin Ankara Rusiyanın buna müdaxilə edəcəyinə inanmır".

Xəbər verilir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. 

Onun sözlərinə görə, Türkiyə tərəfi indiyədək Moskvadan heç bir kəskin reaksiya və etiraz almayıb.

“Xeyr, Rusiyanın müdaxilə edəcəyini düşünmürəm. Bizim Rusiya ilə bir çox məsələlərdə fikir ayrılığımız var, o cümlədən Ukraynadakı hərəkətlər, Krımın tanınmaması və s. Amma bizim iqtisadi və siyasi əlaqələrimiz var”, - deyə Çavuşoğlu NTV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ və Rusiya Suriyadakı terrorçularla bağlı Türkiyəyə verdiyi sözünün üstündə durmayıb, ona görə də Ankara məsələni təkbaşına həll etməli olacaq:

“Digər tərəfdən, ABŞ və Rusiyanın Türkiyə Silahlı Qüvvələrinin planlaşdırdığı əməliyyatla bağlı danışmağa haqqı yoxdur, onlar sözünün üstündə durmayıblar”.

Xatırladaq ki, bir il əvvəl Mövlud Çavuşoğlu Rusiya və ABŞ-ın “Sülh mənbəyi” əməliyyatından sonra kürd birləşmələrinin Suriyanın dərinliklərinə çəkilməsi ilə bağlı verdikləri vədlərə əməl etmədiyini bildirmişdi.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15