Bazar, 12 May

Ucarda dəhşətli qətl: Ata kiçik oğlunun toyunda böyük oğlu tərəfindən öldürüldü

image

Ucar rayonunda atasını öldürməkdə ittiham olunan 1994-cü il təvəllüdlü Əhliman Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Əldə etdiyimiz məlumata görə, Əhliman Abbasov ötən il iyulun 10-da, gecə saat 01 radələrində yüngül dərəcəli sərxoş vəziyyətində yaşadığı Ucar rayonunun Bərgüşad kəndində yerləşən evinin həyətyanı sahəsində keçirilməklə başa çatmış şənlik tədbirindən sonra evin həyətyanı sahəsinin qamışlıqla əhatələnən çəpərindən çöl-küçə tərəfində atası Bayram ilə əmisi oğlu arasında əlbəyaxa mübahisənin yarandığını görüb.

O, qisas almaq niyyəti ilə götürdüyü beli ilə əmisi oğlunu vurmaq istəyib. Hava qaranlıq və özünün sərxoş vəziyyətdə olması səbəbindən endirdiyi zərbə atası Bayram Abbasovun baş nahiyyəsinə dəyib.

Bundan sonra Bayram Abbasov təcili tibbi yardım avtomobili ilə Ucar rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bayram Abbasova tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanı tərəfindən Əhliman Abbasovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhliman Abbasov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə ehtiyatsızlıqdan baş verib: “Çünki atama xəsarət yetirmək niyyətim olmayıb. Kiçik qardaşım Sadiq Ədilovun sünnət edilməsi ilə əlaqədar olaraq evdə qonaqlıq məclisi təşkil olundu. Sünnət qonaqlığından sonra evdə oturdum və səs-küy eşitdiyim üçün həyətə düşdüm. Həyətə düşdükdə Şahidin Ələddin Abdullayevi təhqir etdiyini gördüm. Həmin şəxslər içkili idilər. Həmin vaxt Şahidə yaxınlaşaraq Ələddin Abdullayevin yaşlı adam olduğunu və spirtli içki təsiri altında söyüş söydüyünü, fikir verməməsini dedim, məclisdən uzaqlaşdım. Qısa müddətdən sonra yenidən səs-küy eşitdiyim üçün həyətə yaxınlaşdıqda Şahidin Ələddin Abdullayevi təpiklə vurduğunu gördüm. Şahidə yaxınlaşaraq qolundan tutdum və sakitləşdirmək istədim. Bu zaman Şahid məni nalayiq ifadələrlə təhqir etdi, üzümə bir dəfə şillə ilə vurdu. Mən də Şahidə şillə vurduqda aramızda mübahisə yarandı.

Daha sonra evə qalxdıqda həmin vaxt Şahid ayağımdan tutaraq evin eyvanında yerə yıxdı. Qeyd olunan vaxt Şahid ilə əlbəyaxa mübahisəmiz yarandı və bir-birimizin boyun nahiyəsindən yapışaraq yerdə uzanılı vəziyyətdə olduq. Mübahisənin böyüməməsi üçün qohumlar bizi ayırdılar. Əsəbləşdiyim üçün evdə olan balaca qaz balonunu həyətə atdıqda qaz balonu Şahidin əlinə dəydi. Bundan sonra digər qohumlarmız bizi sakitləşdirdi, evə salaraq qapının cəftəsini bağladılar. Məclisin gedişində artıq davamlı olaraq mübahisələrin yarandığını gördüm. Qohumlar evlərinə getməyə başladılar”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, içəridə təminən 5 dəqiqə qalıb: “Gecə saat 01 radələrində həyətdən əmim oğlunun hündür səslə qışqırdığını eşitdim. Qapını açmaq istəsəm də, ilk öncə qapını aça bilmədim. Lakin bir neçə dəfə cəhd edərək qapını açdım və evin sol tərəfində yerləşən çəpər hissəsində atamən əmim oğlu ilə tutaşdığının, dalaşdığının şahidi oldum. Evin həyətinə düşdüm, yan tərəfdə olan beli götürərək mübahisə edən tərəflər istiqamətdə qaçmağa başladım. Çəpərə söykənərək atam və əmim oğlu istiqamətdə bərk zərbə ilə sonuncunu qorxutmaq üçün çəpərin üst tərəfindən vurdum. Qeyd olunan vaxt Bayram Abbasov çəpərlə birlikdə həyətyanı istiqamətdə yerə arxası üstə yıxıldı və qan gördükdən sonra özümü itirdim. Hadisə yerində olan şəxslər mənim belimdən tutaraq saxladılar. Mən isə əlimdəki beli dəfələrlə yerə çırparaq qışqırmaqla atama köməklik istədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, atasına tibbi yardım göstərilsə də, bir gün sonra xəstəxanada vəfat edib.

Əhliman Abbasovun cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırlıb.

Məhkəmənin hökmü ilə Əhliman Abbasovunbarəsində olan maddə dəyişdirilib. Onun əməli Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib.  Ona 1 il 6 ay cəza təyin olunub.

Qeyd edək ki, qətlə yetirilən 1969-cu il təvəllüdlü Bayram Abbasovun digər oğlu üç il əvvəl arvadını daşla vuraraq öldürüb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44