Cümə, 26 Aprel

Səfirliyimizə hücum London polislərinin gözü qarşısında baş verib - FOTO

image

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə bir qrup radikal dini dəstənin hücumu zamanı London polisi diplomatik korpusun qarşısında olub.

Xəbər verilir ki, polislər səfirliyin binasına daxil olan və vandalizm aktı törədən radikallara qarşı heç bir tədbir görməyib, əvəzində kənardan hadisələri izləyiblər. 

Qeyd edək ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Böyük Britaniya Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyini təmin etməlidir. Artıq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və hücumla bağlı qəti etiraz bildirilib. 

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33