Bazar ertəsi, 06 May

Siyavuş Novruzov villasını satışa çıxardı - Təfərrüatlar

image

Siyavuş Novruzov ona hədiyyə edilən villanı satışa çıxarıb.

Əldə etdiyimiz məlumatlara görə Siyavuş Noruzov Şüvəlanda yerləşən 12 sot torpaq içərisində yerləşən dəbdəbəli 2 mərtəbəli villanı satışa çıxarıb. Sözü gedən villanın Ziya Məmmədovun bağının yaxınlığında yerləşdiyi və Siyavuş Novruzova Abdin Fərzəliyev tərəfindən bağışlandığı qeyd olunur. 

Siyavuş Novruzovun villanı hansı məqsədlə satışa çıxardığı isə məlum deyil. Keçmiş məmurlar və deputatlarla bağlı qalmaqalların yaşandığı son günlərdə villanın satışa çıxarılması isə xüsusilə diqqət çəkir.

Qeyd edək ki, Siyavuş Novruzov Milli Məclisin deputatı və komitə sədridir. Bir müddət əvvəl həyat yoldaşı ilə birlikdə Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməklə karantin rejiminin tələblərini kobud surətdə pozduğuna görə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzova töhmət elan edilib və 400 manat cərimələnib. Hadisədən 2 gün sonra Siyavuş Novruzov YAP-ın icra katibinin müavini postundan istefa verib. Sentyabr ayında isə Siyavuş Novruzov partiyanın Təşkilat şöbəsinin müdiri vəzifəsindən azad edilib. 2021-ci ilin mart ayında Siyavuş Novruzov YAP-ın İdarə Heyətindən də çıxarılıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15