Cümə axşamı, 02 May

Erməni VPN-lərinə DİQQƏT! - Təhlükəsizliyimiz üçün risklər yaradır - VİDEO

image

Sentyabrın 14-dən etibarən Azərbaycanda tiktok və teleqram sosial şəbəkələrinin girişinə məhdudiyyət qoyulub. Buna səbəb Azərbaycan-Ermənistan sərhədində ermənilərin törətdiyi genişmiqyaslı təxribatlardır. Məqsəd bu platformada ordumuzun uğurlarına kölgə salan və hərbi sirləri özündə əks etdirən yanlış məlumatların yayılmasının qarşısını almaqdır. Vəziyyət belə olduğu halda vətəndaşlar başqa ölkələrin internet proqramları olan VPN-lərə qoşulurlar. 

Xəbər verilir ki, texnobloger Tariyel Ağazadə "Xəbər ertəsi" verilişinə açıqlamasında VPN-ə qoşulan hər bir şəxsə aid məlumatların onun aid ölkənin serverində saxlanıldığını deyib.

Həmin dataların harada və necə istifadə olunacağını isə heç kim bilmir. Ödənişsiz olan VPN-lər isə daha çox təhlükəli hesab olunur.

Mütəxəssislər istifadəçilərə qlobal VPN-lərdən istifadə etməyi məsləhət görür. Onların sözlərində görə, VPN serverlərinin bir çoxu Ermənistanın payına düşür. Mütəxəssislər düşmən ölkənin VPN-lərindən istifadə etməməyi məsləhət görür.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15