Cümə axşamı, 02 May

Rusiya Ukraynada avtomobil karvanını bombaladı - 25 ölü, 50 yaralı

image

Rusiyanın Ukraynanın Zaporejye şəhərində mülki vətəndaşları daşıyan humanitar avtomobil karvanını bombalaması nəticəsində ölənlərin sayı 25-ə çatıb.

Xəbər verilir ki, bu barədə Ukrayna Prezident Ofisindən bildirilib.

Qeyd olunub ki, 50 nəfər yaralanıb. 

Ukrayna Prezidenti Volodimir Zelenski hadisəyə münasibət bildirib.

“Düşmən qəzəblənir, öz uğursuzluqlarının və bizim yenilməzliyimizin qisasını almağa çalışır”, - dövlət başçısı teleqramda yazıb.

O qeyd edib ki, belə vəhşilikləri ancaq terrorçular törədə bilər: “Qarşı tərəf Ukrayna regionlarını çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən və pilotsuz uçuş aparatlarından atəşə tutur. Bu gecə Zaporojye, Nikolayev və Dnepr vilayətləri atəşə tutulub”.

V.Zelenskinin fikrincə, qarşı tərəfin sivil dünyada yeri olmamalıdır: “Onlar bütün insani keyfiyyətlərini itiriblər”.

Ukraynanın birinci xanımı Yelena Zelenskaya isə özünün tviter səhifəsində yazıb ki, bu, müharibə cinayətindən daha ağır hadisədir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15