Bazar ertəsi, 06 May

Estoniya XİN başçısı Ukraynanı təbrik edib - Krım körpüsündəki partlayışa görə

image

"Estoniya, şübhəsiz ki, bu əməliyyatın arxasında duran Ukrayna xüsusi təyinatlılarını alqışlayır”.

Xəbər verilir ki, bunu Estoniyanın xarici işlər naziri Urmas Reinsalu deyib.

O, hadisə ilə əlaqədər ukraynalıları təbrik edib

Qeyd edək ki, bu gün səhər saatlarında Krım körpüsündə yanacaq çəni yanıb. Nəticədə körpüdə yanğın başlayıb, partlayış olub. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

Rusiyanın Baş naziri Mixail Mişustin hadisəni araşdırmaq üçün hökumət komissiyasının yaradılması barədə fərman imzalayıb.

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak körpüdəki partlayışın hələ başlanğıc olduğunu söyləyib.

Xatırladaq ki, Krım körpüsü Rusiyanın ən uzun körpüsüdür, uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Ukraynanın işğal altındakı Krım yarımadasını birləşdirir. Avtomobil hissəsi 2018-ci ilin may ayında istismara verilib. 2019-cu ilin dekabrında isə onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkət etməyə başlayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15