Bazar ertəsi, 13 May

Rusiyada hərbi təyyarə yaşayış binasına çırpıldı: Ölən və yaralananlar var – YENİLƏNİB + VİDEO

image

Yeyskdə təyyarə qəzası nəticəsində azı bir nəfər ölüb.

Daha üç nəfər, o cümlədən uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hər iki pilotun katapult etdiyi və sağ qaldıqları bildirilib. Hazırda qırıcının çırpıldığı ərazidə yanğının sahəsi 2000 kvadratmetrdir.

Qəza yerində yardım məntəqəsi yaradılıb.

19:55

Rusiyada hərbi təyyarə yaşayış binasının üzərinə düşüb. Binada güclü yanğın baş verib.

Məlumata görə, hadisə Yeysk şəhərində qeydə alınıb. Qəza nəticəsində 15 mənzilə ziyan dəyib.

Kadrlarda pilotun katapult etdiyi görünür.

Artıq Rusiya Müdafiə Nazirliyi Yeyskdə Su-34-ün qəzaya uğramasını təsdiqləyib. Nazirlikdən bildirilib ki, təyyarə təlim uçuşu zamanı havaya qalxarkən qəzaya uğrayıb. Hadisəyə səbəb uçuş zamanı mühərriklərdən birinin alışması olub.

Qeyd edək ki, Yeysk aerodromunda 959-cu bombardmançı alay yerləşir.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00