Çərşənbə axşamı, 30 Aprel

“Bu variant Azərbaycanın Qarabağ üzərində suverenliyini nəzərdə tutur” 

image

Rusiya Ermənistana Azərbaycanla sülh müqaviləsi barədə nəyisə diqtə etmir və etməyə də hazırlaşmır.

Bunu Rusiya prezidenti Vladimir Putin oktyabrın 27-də Valday diskussiya klubunda deyib.

O vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin “Vaşinqton variantı” Qarabağ üzərində Bakının suverenliyini nəzərdə tutur:

“Sülh müqaviləsi, əlbəttə, lazımdır. Və biz sərhəd məsələsinin dinc yolla tənzimlənməsi və həllini dəstəkləyirik. Hansı variantı seçmək Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin öz işidir. Bütün hallarda hansı variant olursa olsun, sülhə gətirib çılxaracaqsa, biz bunun yalnız tərəfdarıyıq”.

Putin deyib ki, Moskva heç nə sırımaq istəmir: “Biz Ermənistana nəyisə diqtə edə bilmərik və buna hazırlaşmırıq. Əgər erməni xalqı və Ermənistanın bugünkü rəhbərliyi sülh müqaviləsinin hansısa konkret variantını, məsələn Vaşinqton variantını seçmək lazım olduğunu düşünürsə, buyursun. Bu variant Azərbaycanın Qarabağ üzərində suverenliyini nəzərdə tutur”.

Rusiya prezidenti söhbətinə belə davam edib: “Əgər erməni xalqı, rəhbərliyi hesab edirlərsə ki, Qarabağın öz xüsusiyyətləri var və bu xüsusiyyətlər gələcək sülh müqaviləsində nəzərə alınmalı, danışılmalıdır, bu da mümkündür. Sözsüz ki, bunu Azərbaycanla razılaşdırmaq lazımdır ki, razılaşmalar digər tərəf üçün də məqbul olsun”.

Putin qeyd edib ki, Ermənistan Rusiyanın strateji partnyoru və müttəfiqidir, buna görə də Moskva Azərbaycanın maraqlarını nəzərə almaqla, Ermənistanın özünün nə təklif etməsindən çıxış edəcək.

Rusiya prezidenti xatırladıb ki, Moskva uzun illər Yerevanla dialoq aparıb və təklif edib ki, Azərbaycana Qarabağ ətrafındakı beş rayon verilsin, iki rayon isə Qarabağla əlaqə üçün saxlansın, amma Ermənistan “öz yolunu” seçib və nəticədə “bugünkü vəziyyət” yaranıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42