Cümə axşamı, 02 May

Türkiyə öz hava məkanını Rusiya təyyarələrinin üzünə bağlad

image

Türkiyə Rusiya ikili qeydiyyatlı olan təyyarələrinin ölkənin hava məkanından istifadəsinə qadağa qoyub. Məhdudiyyət noyabrın 1-dən qüvvəyə minib.

Xəbər verilir ki, bu barədə “Nordwind Airlines” şirkətinin direktorlar şurasının üzvü Anna Podqornaya RBC-nin rus nəşrinə verdiyi müsahibəsində deyib. Onun sözlərinə görə, bu səbəbdən Rusiyadan Misirə uçuş müddəti 20-30 dəqiqə artsa da bu, turların qiymətinə təsir etməyib. Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi artıq Türkiyənin bu cür qərarlarını “ayrı-seçkilik” adlandırıb və bəyan edib ki, guya bu, Beynəlxalq Təşkilatın məqsəd və vəzifələrinə ziddir.

Eyni zamanda bu məsələdə Rusiya təyyarələrini qeydiyyatdan çıxarmayan Bermud adaları da günahkardır. “Rusiya aviadaşıyıcıları Bermud adalarının aviasiya orqanlarına müvafiq sorğular göndəriblər. Bermud adalarının aviasiya reyestrində təyyarələrin qeydiyyatdan çıxarılmasının gecikdirilməsi Çikaqo Konvensiyasının kobud şəkildə pozulmasıdır”, – Nəqliyyat Nazirliyi əmin edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15