Cümə axşamı, 02 May

Erməni deputat: “Mövqelər arasında bir neçə metr məsafə var, hətta Azərbaycan əsgərlərinin üzləri görünür”

image

“Mövqelər arasında cəmi bir neçə metr məsafə var, hətta Azərbaycan əsgərlərinin üzləri də görünür”.

Xəbər verilir ki, bunu “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Armen Xaçatryan jurnalistlərə müsahibəsində deyib. O, sərhəddə hərbi əməliyyatlar nəticəsində yaranmış vəziyyətdən danışıb.

“Biz Cermuk bölməsindəki sərhəd mövqelərinə baş çəkdik, baş verənləri öz gözlərimizlə gördük2, – deputat deyib.

O qeyd edib ki, Azərbaycan Ordusunun mövqelərinin o qədər yaxın yerlərdə yerləşir ki, hətta onlar əsgərlərin simalarını da görürlər.

“Bəli, sərhəd xəttindən həm durbinlə, həm də adi gözlə düşmən mövqelərinin göründüyü yerlər var. Xoznavarda elə yer var ki, orada mövqelər arasında cəmi bir neçə metr fərq var və hətta əsgərlərin üzləri görünür. Sentyabrın 13-də onların irəliləməsindən sonra yaranmış vəziyyət bizə öz mövqelərimizdən onların mövqelərini görməyə imkan verir”, – deyə Xaçatryan bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15