Cümə axşamı, 02 May

“İran hökumətə etiraz edən 14 min insanı edam etməyə hazırlaşır“ - KİV

image

İran hökumətə etiraz etməyə cəsarət edən 14 min insanı edam etməyə hazırlaşır.

Xəbər verilir ki, bu barədə dünya mediasında məlumatlar yayılıb. Bu xəbər beynəlxalq ictimaiyyətdə narazılıq yaradıb.

Həbs olunanların hansı cəza tədbiri alacağı dəqiq bilinməsə də, mediada yayılan informasiyalara görə onların edamı istisna olunmur.

Etirazcıların cəzalandırması qərarına İran parlamentinin 290 deputatından 227-si lehinə səs verib.

İran məhkəmə sisteminin rəhbəri Qulam-Hüseyn Mohseni-Eceinin sözlərinə görə, “rejimi devirmək niyyətində olan saxlanılan etirazçılar xarici təsirlərdən asılıdır və qanuni standartlara uyğun olaraq cəzalandırılacaqlar”.

Qeyd edək ki, bu gün İranda hökumətə etiraz edən mindən çox şəxs məhkəmə hökmü alıb. Onların hansı cəza aldıqları isə açıqlanmayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15