Cümə axşamı, 02 May

Pentaqon təsdiqlədi: Ukraynaya NASAMS hava hücumundan müdafiə sistemləri verilib

image

Pentaqon iki NASAMS hava hücumundan müdafiə sisteminin Ukraynaya verildiyini təsdiqləyib.

Xəbər verilir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı, Pentaqonun sözçüsü Patrik Rayder keçirdiyi brifinqdə deyib.

Rayder bildirib ki, bu sistemlər Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirməyə kömək edəcək.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri artıq qeyd olunan komplekslərdən istifadə edir, həmin ölkənin hərbçiləri Avropada bununla bağlı təlim keçiblər.

Bundan əvvəl məlumat yayılıb ki, ABŞ Ukraynaya 400 milyon dollarlıq əlavə hərbi yardım edir. Yeni hərbi yardım paketinə 45 T-72 tankı, 250 M1117 zirehli transportyoru, 40 zirehli qayıq, 1 100 "Phoenix Ghost" pilotsuz uçuş aparatı daxildir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15