Şənbə, 10 Dekabr

Ermənilər ayağa qalxdılar - “Putinin bura gəlməyə haqqı yoxdur”

image

İrəvanın “Azadlıq” meydanında “KTMT-yə yox, KTMT-dən çıx” şüarı ilə aksiya keçirilir.

Xəbər verilir ki, aksiya iştirakçıları KTMT-nin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə heç bir aydın qiymət vermədiyini bildirirlər.

“Biz KTMT-dən təhlükəsizlik yox, Azərbaycana siyasi dəstək almışıq. Əldə etdiyimiz nəticə budur ki, ən azı Rusiya və Belarus Azərbaycanı siyasi cəhətdən dəstəkləyir, digər dövlətlər isə konkret olaraq başqa heç bir iş görmürlər. Hesab edirəm ki, KTMT-dən, Avrasiya İqtisadi Birliyindən çıxmalıyıq. Vladimir Putin və Aleksandr Lukaşenkonun Ermənistana ayaq basmağa haqqı yoxdur” – “Məlumatlı Vətəndaşlar İttifaqı” QHT-nin təsisçisi Daniel İoannisyan bildirib.

Anti-Rusiya fikirli tanınmış sima Tiqran Xzmalyan həbs edilib. Eyni zamanda, polisin mətbuat xidməti daha 4 nəfərin saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, “Dvin” mehmanxanasında KTMT xarici işlər nazirləri, müdafiə nazirləri və Təhlükəsizlik Şurası katiblərinin iştirakı ilə iclas keçirilir. Bundan sonra KTMT dövlət başçılarının iştirakı ilə sammit keçiriləcək.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bakıda həkim vəfat edib

  • 08.12.2022 - 09:21