Bazar ertəsi, 13 May

Bakıda sosial yardımdan imtina edən şəxslə bağlı rəsmi açıqlama

image

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi küçədə yaşan və səhhətində ciddi problemi olan vətəndaş Əliyev Lətif Akif oğlu ilə bağlı yerli mətbuatda yer alan məlumatlardan sonra açıqlama yayıb.

Xəbər verilir ki, agentliyin mətbuat katibi Murad Həşimov həmin şəxsin heç bir kömək qəbul etmək istəmədiyini deyib:

“Bir neçə ay əvvəl Sosial Xidmətlər Agentliyinin əməkdaşları olaraq onun sığınacağa cəlbi üçün çalışdıq. Onun ayağında tibbi problemi olduğu üçün və ümumiyyətlə, özünə gəlməsi üçün xəstəxanaya aparılmasını da təşkil etdik.

Amma təəssüf ki, öz şəxsi seçimlərindən dolayı xəstəxanadan çıxandan sonra sığınacağa cəlb edə bilmədik, küçədə qalmağı özü seçdi. Özü də məlumatlıdır və daimi diqqətimizdədir. Sığınacağa gəlməyi qəbul etdiyi istədiyi anda, yeri hazırdır”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44