Çərşənbə axşamı, 14 May

Vasif Talıbov Naxçıvana qayıtdı

image

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov 8 günlük Bakı səfərindən sonra öz məmləkətinə qayıdıb.

Məlumata görə, "xan" həzrətlərinin bu dəfəki Bakı səfəri istədiyi effekti verməyib.

O, bir həftədən artıq paytaxtda qalsa da, ölkə başçısının qəbuluna düşə bilməyib.

Görünür, "xan"a siyasi iradənin onun barəsində verəcəyi qərarı Naxçıvanda gözləməsi tövsiyə olunub.

O da istisna edilmir ki, Vasif Talıbov Naxçıvanda baş verən siyasi və korrupsiya faktları barədə hesabat vermək üçün Bakıya çağırılmışdı. 

Onun geri qayıdarkən pəjmürdə halı gözdən yayınmayıb. "Xan"ın Naxçıvanda ilk qarşılaşdığı sürpriz müşayiətçi polis dəstəsinin onun pişvazına çıxamaması olub. Qeyd edək ki, müşayiətçi polis dəstəsinin qayıdışdan bir gün əvvəl ləğv edildiyi bildirilirdi.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00