Şənbə, 27 Aprel

Maskdan “Tesla” ilə bağlı gözlənilməz qərar

image

Amerikalı milyarder İlon Mask yaxın iki il ərzində “Tesla”nın səhmlərini satmaqdan imtina edib.

Bu barədə biznesmenin özü elan edib.

“Mən, yəqin ki, indiki andan etibarən iki il ərzində (“Tesla”) səhmlərini satmayacağam. Gələn il dəqiq, heç bir şəraitdə olmayacaq, yəqin ki, ondan sonrakı ildə də (satmayacağam)”, - deyə sahibkar bildirib.

O hesab edir ki, gələn il iqtisadiyyat böyük tənəzzülə uğrayacaq, bununla əlaqədar bahalı mallara tələbat azalacaq. Mask şirkətin səhmlərini geri almağa hazırlaşdığını açıqlayıb və bu məsələ ilə bağlı yekun qərarın tənəzzülün miqyasına əsasən veriləcəyini vurğulayıb.

Xatırladaq ki, amerikalı milyarder “Twitter” sosial şəbəkəsində nəzarət səhm paketini əldə etdikdən sonra “Tesla”nın səhmlərini kütləvi şəkildə satmağa başlamışdı. Sonuncu dəfə bu satış dekabrın ortalarında olmuşdu - şirkətin 22 milyon səhmini 3,6 milyard dollara satmışdı. Noyabrın əvvəlində isə Maskın “Tesla”nın 4 milyard dollarlıq səhmlərini satdığı bildirilmişdi. Satışın “Twitter” ilə sövdələşməni maliyyələşdirmək üçün edildiyi deyilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33