Şənbə, 29 İyun

Bakıda kirayədə yaşayan üç nəfər dəm qazından zəhərlənib, ölən var

image

Bakıda üç nəfər dəm qazından zəhərlənib, onlardan biri dünyasını dəyişib.

Xəbərə görə, hadisə yanvarın 13-də paytaxtın Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Məmməd Qənbərov kirayə yaşadığı fərdi yaşayış evinin hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.

Bundan başqa, onunla eyni ünvanda kirayə yaşayan, 2008-ci il təvəllüdlü Vəli Qarayev və 1987-ci il təvəllüdlü Gülnarə Qarayeva dəm qazından zəhərlənmə diaqnozu ilə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Putin nədən narazıdır?

  • 28.06.2024 - 15:33
image

Yasamalda qaz olmayacaq

  • 27.06.2024 - 10:35
image

Zaxarovadan Qriqoryana CAVAB

  • 26.06.2024 - 20:10
image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14