Cümə, 28 İyun

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq 

image

İyunun 26-27-də ölkənin bəzi rayonlarında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əksər bölgələrdə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürətinın 13.9-20.7 m/san olacağı gözlənilir. 

Tovuz, Şəmkir, Gəncə, Daşkəsən, Bərdə, Tərtər, Goranboy, Naftalan, Yevlax, Göyçay, Ordubad, Mingəçevir, Zərdab, Salyan, Sabirabad, Şirvan, Hacıqabul, Neftçala, Xızı, Qobustan, Cəbrayıl, Cəlilabad, Lənkəran rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək. 

Bakıda və Abşeron yarımadasında da iyunun 26-sı səhərdən 27-si səhərədək küləyin sürətinin narıncı xəbərdarlığa uyğun olaraq 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir. 

Belə küləkli hava şəraitində əhaliyə ehtiyatlı olmaları, təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunur.  Sayt yaratmaq

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Putin nədən narazıdır?

  • 28.06.2024 - 15:33
image

Yasamalda qaz olmayacaq

  • 27.06.2024 - 10:35
image

Zaxarovadan Qriqoryana CAVAB

  • 26.06.2024 - 20:10
image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14