Bazar, 07 İyul

Türkiyədə zəlzələdə ölənlərin sayı artır - DƏHŞƏTLİ RƏQƏMLƏR

image

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 35 418 nəfərə çatıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, yaralıların 13 208-i xəstəxanalarda müalicəsini davam etdirir.

 

***15:05

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31 974 nəfərə çatıb.

Xəbər verilir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15