Çərşənbə, 01 May

4 komandanın dəyişdirilməsinin səbəbi açıqlandı

image

“Rusiya rəhbərliyinin dörd hərbi dairəyə yeni komandanlar təyin etməsi rus ordusundakı mövcud uğursuzluqları aradan qaldırmaq üçün edilən növbəti cəhddir”.

Xəbər verilir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Qeyd olunub ki, general-leytenant Andrey Mordviçev Mərkəzi Hərbi Dairənin komandanı, general-polkovnik Sergey Kuzovlev Cənub Hərbi Dairəsinin komandanı, general-leytenant Yevgeni Nikiforov Qərb Hərbi Dairəsinin komandanı, general-leytenant Rüstəm Muradov Şərq Hərbi Dairəsinin komandiri təyin edilib.

Amerkalı analitiklərin fikrincə, bu, həmçinin Rusiya ordusunu Ukraynada yenilənmiş genişmiqyaslı hücuma hazırlamaq səylərinin bir hissəsidir.

“Böyük Britaniya Müdafiə Nazirliyinin iddiasına görə, müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 200 minə yaxın hərbçisi ölüb və ya yaralanıb. Həmçinin “Vaqner” muzdlu hərbi təşkilatının 50 faizə qədər itki verdiyi bildirilir. Məlumata görə, 2022-ci ilin sentyabrında elan olunmuş qismən səfərbərlikdən sonra Rusiya ordusunun itkiləri əhəmiyyətli dərəcədə artıb. Mövcud itkilər Rusiya ordusununun döyüş effektivliyinə mənfi təsir göstərməkdə davam edir”, - Müharibə Araşdırmaları İnstitutundan bildirilib.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci ilin fevralın 24-də başlayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42