Çərşənbə, 01 May

Şimali Koreya yeni ballistik raketini sınaqdan keçirib

image

Yaponiya və Cənubi Koreya Şimali Koreyanın yeni ballistik raketini sınaqdan keçirdiyini açıqlayıb.

Xəbər verilir ki, Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, Şimali Koreya yerli vaxtla saat 17:20 radələrində Yapon dənizi istiqamətində ballistik raket atıb. 

66 dəqiqə havada qalan ballistik raketin 900 kilometr məsafə qət etdiyi və 5 min 700 kilometr yüksəklikdən uçduğu qeyd edilib.

Yaponiyanın baş naziri Kişida Fumio bildirib ki, raket Yaponiyanın milli ərazi sularına düşüb. 

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri də Pxenyan yaxınlığındakı Sunan bölgəsindən uzaqmənzilli ballistik raketin buraxılmasını təsdiqləyiblər.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15