Bazar ertəsi, 06 May

SON DƏQİQƏ! Ruslara qarşı ŞOK təhqiqat başladı

image

Sudan hakimiyyəti son aylarda qızıl qaçaqmalçılığı işində mədən şirkətlərindən birində işləyən onlarla rusiyalını sorğu-suala çəkib.

Xəbər verilir ki, bu ilin fevral ayında rəsmilərin əmri ilə həmin şirkətin zavodu bağlanıb.

Ekspertlərin fikrincə, Sudanın son hərəkətləri bu Afrika ölkəsində Moskvanın planlarının həyata keçirilməsini çətinləşdirə bilər.

“Bloomberg” agentliyinin mənbələrinin dediyinə görə, artıq bir rusiyalı həbs edilib. “Al-Sulaj” şirkətindən verilən məlumata əsasən, firmanın mühafizə xidmətinin rus rəhbəri bu ilin yanvar ayında bazarda qanunsuz olaraq 5 kq qızıl alarkən saxlanılıb. Beynəlxalq araşdırmaçılar son illərdə Sudanda Yevgeni Priqojinlə əlaqəli strukturların Sudandakı aktivliyinə diqqət çəkiblər. Söhbət qızıl hasilatı ilə məşğul olan və bu səbəbdən 2020-ci ildə ABŞ sanksiyalarına məruz qalan “Meroe Gold” şirkətindən gedir. “Al-Sulaj” isə ötən il “Meroe Gold”dan filiz emalı zavodu alıb. Şirkət nümayəndələri bunun Priqojinlə bağlı olmadığını iddia edirlər. Fevralın 14-dən bu şirkətin 36 rusiyalı əməkdaşının dindirildiyi qeyd olunur.

Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da təxminən eyni vaxtda ölkəyə səfər edib və Sudan hakimiyyəti ilə Qırmızı dənizdə Rusiya hərbi gəmiləri üçün baza yaradılmasına dair saziş bağlayıb. Keçən il CNN Rusiyanın Sudandan qaçaqmalçılıq yolu ilə qızıl çıxardığını və onu digər malların, xüsusilə də peçenyelərin ixracı altında gizlətdiyini xəbər etmişdi. Mənbələrin bildirdiyinə görə, sxem Sudanın korrupsiyalaşmış hərbi rəhbərliyini əhatə edib. Rusiyanın hərəkətləri ölkəni yüz milyonlarla dollar gəlirdən məhrum edir.

CNN-in qeyd etdiyi kimi, Rusiyanın Sudana ekspansiyası Krımın ilhaqından az sonra başlayıb. Qızıl tədarükü Qərbin sanksiyalarından yan keçmək üçün effektiv vasitə kimi qiymətləndirilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15