Bazar ertəsi, 29 Aprel

Ukraynanı vuran “Kalibr” raketlərinin istehsalında ABŞ izi – ŞOK HESABAT

image

2022-ci ilin noyabrına qədər Rusiya Ukraynaya qarşı istifadə edilən silahların istehsalı üçün istifadə edə biləcəyi Qərb istehsalı komponentləri almağa davam edib.

Xəbər verilir ki, İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq (IPHR) və Müstəqil Antikorrupsiya Komissiyası (NACO) bununla bağlı müstəqil hesabat yayıb.

Sənədə əsasən, ABŞ-ın “Harting”, “Trimble” və “TE Connectivity” kimi yüksək texnologiya avadanlıqlarını istehsal edən şirkətlərin məhsulları qeyri-rəsmi distribyutorlar və ya Honq-Konq vasitəsilə Rusiyaya gətirilib.

“NACO ekspertlərinin aşkar etdiyi və təhlil etdiyi məlumatlar göstərir ki, Rusiyanın “Kalibr” qanadlı raketində 11 xarici şirkət, o cümlədən 9 Amerika şirkəti, həmçinin İsveçrə və Tayvan şirkəti tərəfindən istehsal olunan komponentlər yer alıb”, – deyə sənəddə bildirilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55