Cümə axşamı, 02 May

İranın Azərbaycana qarşı növbəti təxribatı - “Kifayət qədər mürəkkəb oyun gedir”

image

İranın Azərbaycan sərhədinə döyüş təyyarə ilə törətdiyi təxribatın bəllidir ki, Bakını hədələmək məqsədi daşıyır və davamlı olacağı istisna deyil. Son günlər “Azərbaycan İrana zərbə endirmək üçün İsrailə platforma verib” iddiasının tirajlanması da bu kontekstdə təsadüfi deyil. Və bu iddiaların mənbəyinin Qərbdə olması maraqlıdır.

Xəbər verilir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib. 

Onun sözlərinə görə, bu iddiaların üç məqsədi var:

"Misal üçün, erməni lobbisinin üzvü kimi tanınan amerikalı konqresmen Eliot Engel bu yaxınlarda belə bir açıqlama vermiş, Ermənistan və İran mediası ona “istinadən” tirajlamışdı. Bu iddiaların üç məqsədi var.

Birincisi, İranın Azərbaycana qarşı ittihamlarına “istinad nöqtəsi” yaradılır;

İkincisi Bakıya qarşı təzyiq halqasını genişləndirərək, Ermənistana qarşı mümkün addımlardan çəkindirir;

Üçüncüsü, İsrailin İrana hərbi müdaxiləsini dəstəkləməyən qüvvələr Tehrana önləyici addımlar atmaq üçün “pas ötürür” və anti-İran koalisiyasının genişlənməsinin qarşısını alırlar;

Kifayət qədər mürəkkəb oyun gedir".

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15