Cümə, 05 İyul

Mustafa Sandal alimentə görə arvadı ilə düşmən oldu

image

Türkiyədə məşhur müğənni Mustafa Sandalla həyat yoldaşı Emina Yahoviç arasındakı gərginlik davam edir. Belə ki, 10 il evli qalan Emina ilə Mustafa 2018-ci ildə həyat yollarını ayırıb. İki övladı olan cütlük boşansa da, dost kimi görüşməyə davam edib. Lakin Sandalın övladları üçün aliment verməməsi ikilinin münasibətlərini pozub.

Xəbər verilir ki, pandemiya səbəbi ilə çətin günlər yaşayan ifaçı məhkəməyə müraciət edərək oğulları üçün ödədiyi alimentin azaldılmasını tələb edib.

Bunu görən Emina Serbiya mətbuatına açıqlamasında Mustafanın 26 aydır aliment ödəmədiyini və ona 740 min lirə (151 min 848 manat) borcu olduğunu bildirib.

Yahoviç “Keçmiş həyat yoldaşımın maddi sıxıntılar yaşamadığını bilirəm. Ona qarşı başlatdığım məhkəmə prosesini sona qədər davam etdirəcəm. Sadəcə özüm üçün deyil, mənim vəziyyətimdə olan minlərlə qadına görə mübarizə aparacam”, - deyə açıqlamasına əlavə edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15