Bazar, 12 May

Ekvadorda torpaq onlarla insanı “uddu” - FOTO

image

Ekvadorun mərkəzindəki Alausi şəhərində torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayı 64 nəfərə çatıb.

Bu barədə bazar ertəsi ölkənin fövqəladə hallar idarəsi məlumat yayıb.

Məlumata görə, 7 nəfərin ölümü təsdiqlənib, 23 nəfər yaralanıb. Daha əvvəl 16 nəfərin yaralanması, 7 nəfərin itkin düşməsi barədə məlumat yayılmışdı.

Ümumilikdə təbii fəlakət zonasında 500 nəfər olub. 163 evin dağıldığı və ya zədələndiyi təxmin edilir. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, fevral ayında ölkənin fövqəladə hallar idarəsi Alausi bölgəsində süxurların yerdəyişməsi riskinin olduğu barədə xəbərdarlıq etmişdi.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44