Bazar ertəsi, 06 May

Nazarbayevin qardaşı biznesini İTİRİR

image

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin kiçik qardaşı Bolat Nazarbayev “Barıs” avtomobil bazarını itirə bilər.

Xəbər verilir ki, Karasay rayon məhkəməsində prokurorluq, yerli akimatlıq və Bolat Nazarbayev arasında məhkəmə prosesi gedir.

“Karasay rayon prokurorluğu ümumi sahəsi 35 hektardan çox olan torpaq sahələrinin alqı-satqısı ilə bağlı müqavilələrin etibarsız hesab edilməsini tələb edir. Buna səbəb ərazinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmasıdır. Torpaq Məcəlləsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar xüsusi mühafizəyə tabedir”, – məlumatda deyilir.

Bildirilib ki, torpaqların verilməsi kobud qanun pozuntuları ilə baş verib. Buna görə də prokurorlar alqı-satqı müqavilələrinin etibarsız hesab edilərək dövlətin balansına qaytarılmasını tələb ediblər.

Məlumata görə, 2004-cü ildən 2019-cu ilə qədər torpaq alqı-satqısı ilə bağlı 7 müqavilə bağlanıb. 2023-cü ilin fevralında Bolat Nazarbayevə bağlı şirkətlərə məxsus Manqistau vilayətində 239 min hektar, Cambıl vilayətində isə 60 min hektar ərazi dövlətə qaytarılıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15