Şənbə, 06 İyul

Məhkəmə Ağalarovun iddiasını rədd etdi

image

Moskvanın Arbitraj Məhkəməsi “Rusiya avtomobil yolları” (“Avtodora”) dövlət şirkətindən 6 milyard rubldan çox pul tələb edən iş adamı Araz Ağalarovun iddiasını rədd edib.

Xəbər verilir ki, bu barədə RİA Novosti məhkəmənin dərc etdiyi sənədə istinadən məlumat yayıb.

“Məhkəmə qərarından məlum olur ki, əlavə işin dəyərinin və dəymiş ziyanın ödənilməsi barədə iddia qaldırılıb. Mübahisənin mahiyyəti hələlik daha ətraflı açıqlanmayıb”, - məlumatda deyilir.

Bildirilir ki, 2019-cu ilin dekabrında isə əksinə ödənişli yolların layihələndirilməsi, tikintisi və idarə edilməsində ixtisaslaşan dövlət şirkəti “Avtodor” Ağalarova məxsus “Crocus International”a qarşı təxminən 5,4 milyard rubl məbləğində böyük iddia qaldırıb. İddia Moskva vilayətində Mərkəzi Dairəvi Yolun ilk işəsalma kompleksinin tikintisinə dair müqavilə üzrə cərimənin bərpası üçün qaldırılıb. Lakin iddia ərizəsi Moskva Arbitraj Məhkəməsinə daxil olduqdan bir həftə sonra iddiaçı onun qaytarılması üçün vəsatət qaldırıb və məhkəmə iddianı baxmadan geri qaytarıb.

Qeyd edək ki, 2015-ci ilin avqustunda “Avtodor” Mərkəzi Dairəvi Yolun ilk buraxılış kompleksinin maliyyələşdirilməsi, tikintisi və istismarının yeni icraçısı – “Crocus International” ilə müqavilə imzalamışdı.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15