Cümə, 05 İyul

“Biseksual deyiləm“ - Müğənnidən iddialara cavab

image

“Yox, mən biseksual deyiləm". 

Xəbər verilir ki, bunu “AStar” verilişində qonaq olan müğənni Dilarə kazımova deyib.

O bildirib: "Məncə insanlar öz həyatlarını yaşamalıdırlar. Dostlarım var və öz işlərində peşəkardırlar, heç kimin şəxsi həyatına müdaxilə etmək istəmirəm. Mən belə şeyləri sevmirəm. Ümumiyyətlə, heç kimə məsləhət belə verə bilmərəm. Əgər həyatda hər şey sevgi və qayğı ilə qurulursa, onlara necə deyə bilərəm ki, yox belə etməyin.Təbliğata qarşı çıxmıram. Belə insanlarla çalışıram və onlarla dostamsa bunu təbliğ etmirəm, sadəcə dostam.

Bu sual mənim üçün bir az çətindir.Çünki heç kimin xətrinə dəymək istəmirəm. Bizdə iki tərəf var: kimi bunu qəbul edir, kimi isə yox. İstəyirəm ki, heç bir tərəf məndən küsməsin. Özüm üçün neytral mövqe seçmişəm”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15