Bazar, 12 May

“Türkiyə düşmənimizdir, amma...” – Paşinyandan sensasion etiraf

image

“Türkiyə ilə münasibətlərdə düşmənçilik dərəcəsi idarə olunmalıdır”.

Xəbər verilir ki, bunu bu gün parlamentdəki çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan Ermənistan-Türkiyə münasibətləri ilə bağlı ölkəsindəki mübahisələri başa düşmədiyini söyləyib.

Ermənistan hökumətinin başçısı Türkiyə ilə münasibətlərdə yumşalma siqnalları da verib:

”Mövzu nədir: türklər bizim düşmənimizdir, ya yox? Bu, bəyanatlarla həll olunmur. Bu, tarixi bir həqiqətdir. Düşmənçilik nəzarət altına alınmalı və biz bu yolu tutacağıq. İdarəedilməz düşmənçiliyin təzahürünə imkan verməməliyik”.

O, Türkiyənin düşmən olmaqla yanaşı, Ermənistanın qonşusu olmasına da diqqət çəkib:

“Türkiyə bizim düşmənimizdir, eyni zamanda qonşumuzdur. Bizim düşmənlərimiz yalnız qonşular arasındadır”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44