Cümə axşamı, 02 May

İsveç Rusiyanın 5 diplomatını “persona-non-qrata” elan edib

image

İsveç Rusiyanın 5 diplomatını “persona-non-qrata” elan edib.

Xəbər verilir ki, bunu İsveçin xarici işlər naziri Tobias Bilström yerli “SVT Nyheter” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya diplomatları statuslarına uyğun fəaliyyət göstərməyib: “Diplomatlar kəşfiyyat fəaliyyəti ilə məşğul olurlar”.

T.Bilström deyib ki, Rusiyanın İsveçdəki səfiri Viktor Tatarintsev Xarici İşlər Nazirliyinə çağırılıb və ondan 5 diplomatın fəaliyyətinin Vyana Konvensiyasına uyğun gəlmədiyi üçün ölkəni tərk etməsi tələb olunub.

V.Tatarintsev məsələyə münasibət bildirmək istəməyib.

Sonuncu dəfə İsveç ötən ilin aprelində Moskvanın 3 diplomatını Rusiya kəşfiyyatı ilə əlaqədə şübhəli bilərək “persona-non-qrata” elan etmişdi.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15