Cümə, 26 Aprel

“Küçə döyüşçüsü məşqçi işləyəndə nəticə faciəli olur” – Mehmanın psixoloji portreti

image

Sumqayıt şəhərində tanınmış idmançı, 1994-cü il təvəllüdlü Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.

Yayılan görüntülərdə məşqçinin özünü pis hiss edən uşağa qarşı həddən artıq aqressiv davrandığı, onun saçından tutub ayaq üstə qalmağa məcbur etdiyi, fiziki zor tətbiq etdiyi görünür.

Məsələ ilə bağlı danışan psixoloq Vüsalə Rüstəm yayılmış videoya əsasən sözügedən məşqçinin ciddi psixoloji problemləri olduğunu düşünür:

“Videoya baxarkən məşqçinin uşaqla cansız bir əşya kimi davranması diqqət çəkdi. Saçını yolur, yıxır, tatami üzərində sürüyür... 

Bütün bunlar qəddarlıq əlamətidir. Müəllim uşağın ölə biləcəyini dərk etmir. Adamın hərəkətləri açıq-aşkar sübut edir ki, beyində pozuntu var. 

Buna görə qarşısındakını yetirməsi yox, rəqibi kimi qəbul edir. Məşqçini araşdırsaq görərik ki, ehtiyac içərisində və əziyyətlə böyüyüb. Çox təəssüf ki, belə insanların idmana gəlməsi qəddar küçə döyüşləri zamanı qazandığı təcrübə əsasında olur. 

İdman Akademiyasında əvvəllər idmançılara biologiya və tibdən dərslər keçirdilər. İnsanın anatomiyası, xəstəlikləri barədə öyrədirdilər. Əvvəllər rəqibin anatomiyasını, psixologiyasını bilməyən adamlar peşəkar məşqçi ola bilməzdilər. 

Peşəkar idmançı və məşqçi qarşısındakının rəqibi olmasından öncə onun bir insan olduğunu düşünür. Hətta onu zədələdikdə kömək edir, özü də sarsılır. Məlum hadisədə isə vəziyyət fərqlidir. Adam qarşısındakının uşaq olduğunu, ağrı hissinin onu şoka sala biləcəyini, hətta qırıq və çıxıqdan belə ölə biləcəyini dərk etmir. Çünki peşəkar deyil”.

Onun sözlərinə görə, hər adam məşqçi kimi çalışmamalı, öncədən psixoloji durumu, təhsili qiymətləndirilməlidir:

“Məşqçidir deyə hər adamı idman zalına buraxmaq olmaz. Məşqçi insanlarla, ən əsası isə uşaqlarla işləyir. İdman yarışında çempion olmaq heç kimə məşqçi işləmək hüququ vermir. Onun təhsili, psixoloji durumu, idmana necə gəlməsi barədə müvafiq qurumlarda məlumat bazası olmalıdır. Küçə döyüşçüsü məşqçi işləyəndə nəticə belə faciəli olur”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33