Şənbə, 03 İyun

Məktəbli formaları dəyişir: Sentyabrdan 3 il müddətində... - VİDEO

image

Yeni tədris ilindən məktəbli formaları da yenilənir.

Xəbər verilir ki, Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov "Xəzər Xəbər”ə bildirib ki, 2023-2024-cü tədris ilindən başlayaraq yalnız yeni məktəbli formalarından istifadə olunacaq. Elm və Təhsil Nazirliyinin bölgələr və məktəblər üzrə sifarişi əsasında artıq istehsala start verilib.

Etibar Əzimov əlavə edib ki, ötən il yeni məktəbli formaları ilə paralel köhnə məktəbli geyimlərindən də istifadə olunurdu. Nazirlər kabinetinin qərarına əsasən də bir rəngdən 3 il müddətinə istifadə etmək mümkün olacaq.

Elm və Təhsil Nazirliyindən bildirdilər ki, ötən il məktəbli forması alanlar yeni tədris ilində də həmin geyimlərdən istifadə edə bilərlər. Yəni 3 il müddətinə həmin formalardan istifadə ilə bağlı hansısa məhdudiyyət olmayacaq.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Azərbaycan nefti BAHALAŞIB

  • 02.06.2023 - 09:39
image

Messi PSJ-dən ayrıldı

  • 01.06.2023 - 13:23
image

Göyçayda vəziyyət necədir?

  • 01.06.2023 - 08:57