Cümə axşamı, 30 May

“İlk hədəfimiz Putini öldürməkdir” - Ukrayna kəşfiyyatının siyahısı...

image

“Ukrayna kəşfiyyatının sui-qəsd siyahısındakı ilk hədəf Vladimir Putindir. Ona görə ki, bütün bu baş verənləri o koordinasiya edir və son qərarı özü verir”.

Xəbər verilir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski Almaniyanın “Die Welt” nəşrinə mesahibəsində deyib.

Rusiya Prezidenti Vladimir Putini öldürməyə çalışdıqlarını etiraf edən Skibitski bunun o qədər də asan olmadığını bildirib:

“Putinə sui-qəsd etmək çətindir. Çünki rus despotu hər nə qədər “başını çölə çıxarmağa” çalışsa da, daha çox qapalı yerlərdə olur. O, bəzən ictimaiyyət arasında görünsə də, biz onun Putin olub-olmadığından əmin deyilik. Ancaq Putin ona getdikcə yaxınlaşdığımızı görür. Putin həmçinin, öz xalqı tərəfindən öldürülməkdən də çox qorxur”.

Ukraynalı komandir hədəflərindəki digər şəxslərin də adlarını açıqlayıb:

“Bu siyahı olduqca genişdir. Çünki hər kəs Ukrayna meharibəsindəki hərəkətlərinə görə cavab verməlidir. Siyahıda – “Vaqner”in qurucusu Yevgeni Priqojin, müdafiə naziri Segey Şoyqu, rus komandir Sergey Surovik, Çeçenistan lideri Ramzan Kadırov, eləcə də digər yüksək rütbəli rus hərbi komandirlər var”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ərazidə su olmayacaq

  • 28.05.2024 - 14:35
image

Türkiyədə zəlzələ olub

  • 27.05.2024 - 09:58
image

Qazın qiyməti qalxdı

  • 26.05.2024 - 20:11