Cümə, 26 Aprel

Rusiya Zəngəzurda konsulluq açacaq

image

Rusiya Zəngəzurda konsulluq açacaq.

Xəbər verilir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov Moskvada erməni və rusiyalı ekspertlərin dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, mayın 25-də Moskvada keçirilən Paşinyan-Putin ikitərəfli görüşündə Ermənistan tərəfi Rusiya tərəfinin Sünik vilayətində konsulluğunun açılmasına razılıq verib.

Rusiyalı diplomatın onu da qeyd edib ki, konsulluğun yaradılması prosesində ən azı bir il tələb olunacaq uzun dövlət prosedurları olmadan, sadələşdirilmiş yolla getmək qərara alınıb.

Paltovun sözlərinə görə, Sünik vilayətinə “yerində işləmək üçün adamların” göndərilməsi barədə qərar qəbul edilib.

"Ona görə ki, onlar artıq orada işləməyə başlasınlar və təkcə Ermənistan-Rusiya dostluğunun qorunub saxlanmasına deyil, həm də Ermənistanın bu strateji əhəmiyyətli regionunun təhlükəsizliyinə töhfə versinlər. Ümid edirəm ki, iyunda səfərimiz səmərəli olacaq", - deyə rusiyalı diplomat əlavə edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33