Şənbə, 27 Aprel

Messi İngiltərə Premyer Liqasında oynaya bilər

image

PSJ-nin hücumçusu Lionel Messi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Məlumata görə, argentinalının bir neçə təklifi var. Növbəti mövsüm avrokuboklarda çıxış edəcək “Dumanlı Albion” təmsilçilərindən biri də onunla müqavilə imzalamaq istəyir. Həmin komandanın adı açıqlanmayıb.

Messiyə Səudiyyə Ərəbistanının “Əl-Hilal” və ABŞ-nin “İnter Mayami” klublarından yüksəködənişli təkliflər var. Eyni zamanda, onun sabiq komandası “Barselona”ya qayıtmaq variantı da mövcuddur.

Messinin PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. O, bu mövsüm parislilərin heyətində 39 matç keçirib və 20 qol, 20 məhsuldar ötürmə edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33