Cümə axşamı, 02 May

Qubad İbadoğlu barədə qərar dəyişmədi

image

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxılıb.

Xəbər verilir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda partiya sədrinin vəkili Zibeydə Sadıqova çıxış edərək müvəkkilinin həbsdə qalması üçün zərurət olmadığını deyib.

Məhkəmə seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar müəyyən olunmadığını qeyd edərək təqsirləndirilən şəxsin həbsinin davamına qərar verib.

Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsiilə ittiham olunur. 

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15