Bazar ertəsi, 13 May

İtalyan iş adamı fabrikində istehsal edilən pendirlərə görə həlak oldu - FOTO

image

İtaliyalı iş adamı Cakomo Kyapparini özünə məxsus pendir fabrikində pendir rəflərinin üzərinə aşması nəticəsində dünyasını dəyişib.

“Grana Padano” pendir korporasiyasının sahibi üzərinə 25 min baş pendir düşəndən sonra yoxa çıxıb. Bütün gecə davam edən axtarışlar nəticəsində 75 yaşlı kişinin meyiti tapılıb.

Hadisə Berqamo əyalətindəki pendir fabrikində baş verib. Ehtimallara görə, Cakomo Kyapparini faciə zamanı cihazın fəaliyyətini tənzimləyirmiş.

Qeyd edək ki, Kyapparininin mülkiyyətində 100 hektardan çox kənd təsərrüfatı torpaqları var. Müəssisə ildə 15 min baş pendir istehsal edir.

“Grana Padano” isə parmesan dadında, sərt və yarımyağlı pendirdir.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00