Bazar ertəsi, 29 Aprel

Payızda COVID-ə yoluxanların sayı artacaq?

image

Dünya Səhiyyət Təşkilatının (DST) yaydığı hesabatında bildirilir ki, son 4 həftədə ümumən 1 008 194 yoluxma halı, 3 132 ölüm qeydə alınıb. Daha öncəki 4 həftə ilə müqayisədə yoluxma hallarının sayı 7 faiz artıb, ölüm halları isə 53 faiz azalıb.

Xəbər verilir ki, infeksionist-hepatoloq Mərdan Əliyevin fikrincə,  koronavirusa yoluxma payız-qış mövsümündə yayılmaya meyilli olur.

"Bunun əsas səbəbləri mövsümlə əlaqədar olaraq qapalı yerlərdə daha çox vaxt keçirmə, günəşli günlərin az olması, immun sisteminin zəifləməsidir. Buna görə də payıza doğru koronavirusa yoluxanların sayında az da olsa artım gözlənilir. Çin, Tayvan kimi ölkələrdə kollektiv immun sistemi formalaşmayıb. Orada koronavirusun geniş yayılma ehtimalı hələ də qalmaqdadır. Belə olduğu halda ölkəmiz üçün də təhlükədir".

M. Əliyev qeyd edib ki, hazırda Azərbaycanda virusa qarşı tam kollektiv imunitet formalaşıb:

"Yoluxma az da artsa, qadağalara gedilməsi ehtimalı yoxdur. Bütün bunlara baxmayaraq, gigiyenik qaydalara əməl olunmalı, müəyyən yerlərdə maska taxılmalıdır".

Qeyd edək ki, Azərbaycanda son 1 həftə ərzində (31 iyul - 6 avqust) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb. 15 yeni yoluxma faktı qeydə alınıb, ölüm sayı 3 olub.

İndiyədək ölkədə ümumilikdə 832 036 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 731 nəfər müalicə olunaraq sağalıb, hazırda 12 aktiv xəstə var. Bu günə qədər 10 293 nəfər vəfat edib.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42