Bazar ertəsi, 06 May

Ukrayna XİN rəhbəri Rusiya ilə danışıqların şərtini açıqlayıb

image

Ukrayna Rusiya ilə danışıqlara vasitəçinin köməyilə başlamağa hazırdır, lakin əvvəlcə rus qoşunları ölkə ərazisindən çıxarılmalıdır.

Xəbər verilir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində deyib.

“Rusların Ukraynadan getməyə hazır olması şərti ilə üçüncü tərəfin vasitəçiliyi ilə danışıqlar mümkündür. Buna müharibə və diplomatiyanın tandemi ilə nail olmaq olar.

Müharibə məsələsi ilə ordu generallarımız məşğuldur, onların vəzifəsi rusları geri çəkilməyə məcbur etmək və döyüşməkdənsə danışmağın daha yaxşı yol olduğunu ruslara başa salmaqdır. Mümkün olduğu zaman mən diplomatiya və dialoq tərəfi ilə məşğul olacağam”, - deyə XİN rəhbəri bildirib.

Kuleba onu da əlavə edib ki, Ukrayna Rusiyanın verdiyi sözlərə inanmır və heç bir ağlı başında olan insan bu sözlərə inanmaz.

“Rusiya ordusu Ukraynadan çıxmamışdan qabaq əmin olmaq istəyirik ki, onlar ciddi şəkildə bu addımı atır, saxtakarlıq etmirlər, yenidən qayıdıb hücum etməyəcəklər”, - Kuleba qeyd edib.

XİN başçısı vurğulayıb ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə bir masa arxasında heç vaxt oturmayacaq.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15