Bazar ertəsi, 08 İyul

DİQQƏT: Bu yol 8 saat bağlı olacaq

image

Xocəsən–Lökbatan avtomobil yolunda avtomobillərin hərəkəti 8 saatlıq məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Məlumata görə, məhdudlaşdırma Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci km-də yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədardır. Bu səbəblə 12 avqust axşam saat 22:00-dan 13 avqust saat 6:00-a qədər yolun sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ olaraq Bakı dairəvi avtomobil yolundan və digər yollardan istifadə etmələri xahiş olunur.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15