Şənbə, 06 İyul

Havay adalarında 100 ilin ən dəhşətli faciəsi - ölü sayı durmadan artır - FOTO

image

ABŞ-in Havay ştatında bir neçə gündür davam edən meşə yanğınında ölənlərin sayı 99-a çatıb.

Xəbər verilir ki, bu, ölkədə son 100 ildə ən çox insan itkisi ilə nəticələnən meşə yanğını kimi tarixə düşüb.

Məlum olub ki, yanğınlar zamanı Maui adasında yerləşdirilmiş 80 fəlakət xəbərdarlığı sistemindən heç biri işləməyib.

Havay Fövqəladə Hallar Agentliyinin sözçüsü Adam Ueintraub verdiyi açıqlamada bu sistemlərin heç birinin aktiv olmadığını bildirib.

Ueintraub, yanğınlar zamanı mobil telefonlara xəbərdarlıq mesajlarının göndərildiyini, radio və televiziya vasitəsilə xəbərdarlıq edildiyini, lakin elektrik olmadığı üçün bölgə əhalisinin bu xəbərdarlıqların heç birini ala bilmədiyini də vurğulayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15