Bazar ertəsi, 29 Aprel

Çində generallar niyə yoxa çıxır? - Politoloq

image

ABŞ Ukraynanı Rusiyadan, Tayvanı isə Çindən qorumaq missiyasını həyata keçirməyə çalışır. “Faynənşl Tayms” qəzetində yayımlanan məqalədə Vaşinqtonun Ukrayna üçün əlavə büdcə ayırdığı və bunun bir hissəsinin Tayvanın silahlanmasına sərf edilə biləcəyi yazılıb. ABŞ Konqresində bununla bağlı qərar verilməlidir. Vaşinqton Çinin artan hərbi gücü qarşılığında Tayvana silah tədarükünü artırmağı planlaşdırıb. Əgər Konqres müvafiq qərar qəbul edərsə, Tayvan ilk dəfə olaraq xarici dövlətlərə hərbi yardım sistemi vasitəsilə silah alacaq. Tayvana ilkin mərhələdə 345 milyon dollara yaxın hərbi yardım edilməlidir. Bundan başqa Pentaqon Tayvana daşına bilən hava hücumundan müdafiə sistemləri, raketlər, kəşfiyyat avadanlıqları verəcək.

Xəbər verilir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində qeyd edilib.

Analizdə bildirilib ki, Pekin Vaşinqtonun hərbi planları qarşılığında Çin ordusunu gücləndirməyə qərar verib:

“Çin ordusunda güclənmə tədbirləri ilə yanaşı zabitlərin yoxlanılması da həyata keçirilir. Bu sırada Çinin raket qoşunları birliklərində yoxlamaların miqyası artıb. Görünür, hakim Çin Kommunist Partiyasının ordunun hakimiyyətə tam loyal olmasıyla bağlı ciddi şübhələri var. Qərb mətbuatının yazdığına görə, Çin lideri Si Szinpin orduya nəzarətə şəxsən rəhbərlik edir. Szinpin nədən ehtiyat edir?

Çin elitasının və ordusunin təhqiqatlarında ixtisaslaşan Kanadanın “Cercius” təşkilatının son hesabatına görə, Çinin raket qoşunlarına komandanlıq edən ən azı 10 general barədə məlumat yoxdur. “Faynənşl Tayms” qəzeti həmin generalların son aylarda keçirilən toplantılarda iştirak etməmələrinə dair məqalə yayımlayıb. Bəzi məlumatlara görə, həmin generalların bir qismi korrupsiya ittihamı ilə həbs olunub. Bu şübhələri Hinkonq mediası da artırıb. Media Çinin raket qoşunlarında təhqiqat aparıldığını yazıb. Təhqitatın bu ilin mart ayından başlanıldığı bildirilib”.

Qeyd edilib ki, Szinpin hakimiyyətə gəldiyi 2012-ci ildən bu yana orduda korrupsiya ilə mübarizəni gücləndirib. Szinpinin hakimiyyəti dövründə 100-dən çox general həbs olunub. Çin Xalq Respublikasının yarandığı 1949-cu ildən bu yana bu qədər çinli general heç hərb meydanlarında ölməyib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55