Bazar, 12 May

Böyük Britaniya “Vaqner”i terror qruplaşması elan edə bilər

image

Böyük Britaniya yaxın həftələrdə Rusiyanın "Vaqner" hərbi təşkilatını terror qruplaşması elan edə bilər.

Xəbər verilir ki, bu barədə “The Guardian” xəbər verib.

Daxili işlər naziri Suella Braverman bəyan edib ki, hüquqi məsələlər başa çatdıqdan sonra qruplaşmanın rəhbəri Yevgeni Priqojinin hərbi şirkətini terror təşkilatı elan edilə bilər.

Qeyd edək ki, iyunun sonunda “Vaqner”in lideri Y.Priqojin Rusiyada qiyam qaldırmağa cəhd edib. O, açıq şəkildə Prezident Vladimir Putinə və uzun müddət tənqid etdiyi müdafiə naziri Sergey Şoyquya qarşı çıxıb.

Onun muzdluları Rostovu, Voroneji keçib, Lipetsk vilayətinə yaxınlaşıb. Y.Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlardan sonra muzdlularını geri çəkib.

"Vaqnerçi”lərin bir hissəsi daha sonra Belarusa köçürülüb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44