Bazar ertəsi, 29 Aprel

Snoop Dogun İrəvan konserti ləğv olunur? - Ermənistan 6 milyon dollar ziyana düşə bilər - FOTO

image

Sentyabrın sonlarına doğru İrəvana gəlməyə hazırlaşan məşhur reper Snoop Doggun buradakı konserti təxirə salına bilər.

Xəbər verilir ki, Ermənistan sosial şəbəkələrində Azərbaycanın Qarabağ bölgəsində baş verən son hadisələrə görə reperin konsertinin ləğv edilməsi ehtimalı aktiv şəkildə müzakirə olunur.

Bildirilib ki, yüzdə 99%-lik ehtimalla konsert baş tutmayacaq. 

Təşkilatçılar məsələ ilə bağlı əlavə açıqlama verəcəklərini bildiriblər.

"Sputnik Ermənistan"ın məlumatına görə, təşkilatçılar konsertin ləğvinə qarşı deyillər, lakin repçi həddən artıq “beh” istəyib və hazırda bu məsələni öz nümayəndələri ilə müzakirə edir.

Xatırladaq ki, indiyədək konsertin təşkilatçıları Snoop Dogg və komandası üçün 6 milyon dollar xərc çəkmişdilər. Tədbir isə ümumilikdə Ermənistan 23.2 dollarlıq maliyyə bahasına başa gələcəkdi. Yəqin ki elə bu pulların təsirindən Snoop sosial şəbəkə hesablarından gülünc açıqlamalar da yaymışdı. Belə ki, o, özünün “Instagram” hesabında Azərbaycanın Qarabağ iqtisadi rayonunu qondarma “Artsax” adı ilə adlandırıb və orada yaşayan ermənilərə sevgisini bildirmişdi.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55