Cümə axşamı, 02 May

Payızda immunitetimizi necə möhkəmləndirək? — Həkim MƏSLƏHƏTİ

image

Havalar dəyişdikcə insanlarda soyuqdəymə, qrip halları artır. Azərbaycanda Kovid-19 virusunun yeni “Eris” variantının yayıldığı da iddia olunur. 

Xəstəliklərdən qorunmaq, immuniteti mökəmləndirmək üçün həkim – terapevt Şahvələd Məmmədov  öz məsləhətlərini bölüşüb:

“Payız fəslində mövsümi xəstəliklər və virus infeksiyaları baş qaldırır. Dünyada Kovid infeksiyasının Omikron ştammının yeni alt variantı sürətlə yayılmağa meyillidir, lakin ölümcül təsirə malik deyil. Buna baxmayaraq xroniki xəstəlikləri olan insanlar, ağır yataq xəstələri, immuniteti zəif olanlar üçün təhlükəlidir”. 

Həkim orqanizmi möhkəmləndirmək üçün  dərman preparatlarından istifadə etməyi bir o qədər də məsləhət görmür:

“Yalnız həkim yoxlanışından sonra D vitamini, maqnezium, kalsium, sink və digər mikroelementlər qəbul etmək olar. Yaşlı insanlar üçün vitamin qruplarının qəbul edilməsində əks göstərişlər ola bilər. Bədənində müəyyən xoşxassəli törəmələr olan, yaşı 40-50 və daha artıq olan insanların vitamin qrupları qəbul etməsinə ehtiyac yoxdur. Mütləq həkim göstərişi olmalıdır. Bol-bol payız meyvələri ilə qidalanmaq, təmiz havada gəzmək, idman etmək lazımdır. İstirahət və yuxu rejimi düzgün tənzimlənməlidir”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15