Çərşənbə, 01 May

İşlənmiş “iPhone”ları alanda bunlara fikir verin

image

“Apple” şirkəti işlənmiş “iPhone” smartfonlarını alarkən diqqətli olmaq lazım olduğunu bildirib. 

Xəbər verilir ki, şirkət cihazlarının digər smartfonlarla müqayisədə daha uzun müddət xidmət etdiyini açıqlayıb. 

Əgər ikinci əl “iPhone” alırsınızsa, hər hansı fiziki zədənin olub olmadığını, batareyanın vəziyyətini mütləq öyrənin.

Həmçinin cihazın xidmət tarixinin təfərrüatlarını yoxlayın. Əgər “iPhone” kilidli halda aktivləşdirilibsə, qəti şəkildə almayın. 

İstifadə olunmuş “iPhone” açılmazsa, batareya zəif ola bilər. Onu doldurmağa cəhd edin. Batareya doldurulmazsa, cihazı almayın.

Bunlarla yanaşı, “iPhone”un operatora bağlı olub-olmadığını öyrənmək, kameranı, dinamikləri və bütün yan düymələri yoxlamaq lazımdır. 

Cari statistik məlumatlara görə, “Apple” smartfonları təkrar satışa çıxarılan ən çox gəlirli smartfondur. Android cihazların bazarda təkrar satışı çox zəifdir. Çünki onların bəziləri buraxıldıqdan cəmi iki ay sonra ucuzlaşır.

Statistikalar da göstərir ki, son bir neçə ildə qlobal smartfon bazarı azalır. Bu tendensiya əsasən istifadə olunan seqmentin genişlənməsi ilə bağlıdır. Məsələn, yeni orta büdcəli cihaz almaq əvəzinə, bir çox istifadəçi işlənmiş brend modellərə üstünlük verir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42