Çərşənbə, 01 May

Bakı və İrəvan Rusiyaya qarşı əlbirdir - Zatulin

image

Ermənistanın indiki hakimiyyəti ilə Azərbaycan hökuməti əslində, bir məsələdə həmfikirdirlər - onlar Rusiyanı regiondan sıxışdırırlar.

Xəbər verilir ki, bunu radiostansiyasına müsahibəsində Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

“Azərbaycan və Ermənistana gəlincə, əlbəttə ki, məsələ həll olunmayıb, çünki Azərbaycanın bütün ambisiyaları təmin olunmayıb, regionda hər şeyə nail olunmayıb. Ermənistanın indiki hakimiyyəti ilə Azərbaycan hökuməti əslində, bir məsələdə həmfikirdirlər - Qarabağla bağlı bütün hadisələr, Qarabağ müharibəsinin nəticələri və s. nəticəsində Rusiyanı regiondan sıxışdırıb çıxarırlar. Belə olan halda Paşinyan erməni xalqının şüurunu yenidən formalaşdıraraq Qərbdə müttəfiqlər axtaracaq və Rusiyaya qarşı nifrət yaradacaq”, - deyə Zatulin hesab edir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15