Bazar ertəsi, 29 Aprel

Hüseyn Məhəmmədoğlu “Rəngarəng səhər” verilişini biabır etdi – VİDEO

image

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ATV-də yayımlanan “Rəngarəng səhər” verilişini sərt şəkildə tənqid edib. 

Xəbər verilir ki, musiqiçi bu haqda qonaq olduğu “İncə səhər” proqramında danışıb.

Məhəmmədoğlu üzünü aparıcı Vüsalə Əlizadəyə tutaraq bildirib ki,  ad çəkmədən qonşu kanalda yayımlanan verilişdə aparıcıların qonaqların geyiminin qiymətini soruşması xoşagəlməz haldır:

“Vüsalə inanıram ki, sizin verilişinizdə əynimdə geyindiyim geyimi neçəyə və haradan almısan kimi suallar olmayacaq. Onsuz da mən elə verilişlərə getmirəm. Elə verilişlərdən də qaçıram. Bilirəm ki, sizin verilişiniz səviyyəlidir. O verilişə çıxanlar isə yalandan geyimlərinə 4 minə almışam deyir.

İnanırsınız, əynimdə gördüyünüz bu kostyumu “talkuçka”dan almışam. Əsas odur ki, mənim sənətim bahalıdır. Ucuz sənəti olanlar geyimlərinin qiymətini baha deyirlər. Mən düzünü danışıram”.

Hüseynin bu sözlərinə isə Vüsalə “Bizdə elə suallar qonağa verilmir. Sən səhv salmısan bizi başqa verilişlə. Bizi niyə qana salırsan. Nəyimə lazımdır qonağın geyimi”, deyə münasibət bildirib.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55